"Kaş ailəmi dağıtmazdım, peşmanam" - Əməkdar artist
"Ayrılsam da, həyat yoldaşımla gözəl münasibətim var. Ən çətin günlərimdə birinci ona zəng etmişəm. Mənə maddi dəstək olub. Heç vaxt kiminləsə dava edib, sözləşmərəm. Üzüyumşaq adamam".
Lunar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Hüseynova bacıları" proqramında deyib. Aktrisa bildirib ki, ayrılsa da, həyat yoldaşı hər zaman ona dəstək olub:
"Həyatdır da, alınmadı bizimki. Ailəmi sənətə qurban verdim. Amma dəyməzdi. Qarşı tərəf mənə sərt qadağa qoydu: ya mən, ya ailə. Peşmanam, çünki indi sənət yoxdur: teatr, çəkiliş, yaradıcılıq bitib. Tək qalmışam".
Qeyd edək ki, aktrisanın bu nikahdan bir qız övladı var.