"Niyə evimi, maşınımı göstərməyim?" - Tənqidlərə cavab verdi
"Həmişə demişəm vaxt olub ki, yataqxanalarda yaşamışam. Gəlib çəkiliş də ediblər. Bəs, niyə onda demirdiniz ki, bu cür oğlan yataqxanada yaşayır. Ona ev alaq".
Lunar.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Birə-Bir" verilişinə açıqlamasında deyib. Sənətçi müğənnilərin bahalı ev, maşınlarını göstərməsini tənqid edənlərə cavab verib. Tez-tez evində çəkiliş etdirib, maşınlarını göstərən M.Ağayev bu ənənəni davam etdirəcəyini söyləyib:
"Hamı istəyir ki, gözəl evi, bağı, maşını olsun. Çünki biz gündəmdə olan adamlarıq, tez yadda qalırıq. Adamlar var bizim bağımız onun zirzəmisi boydadır. Onun adı heç hallanmır. Çünki onların evində çəkiliş olmur. Yaxud da elə adam var ki, bizim evimiz onun mətbəxi qədərdir. Niyə bunu dillərə dastan edirsiniz? Görürsünüz ki, evimə qonaq gəlib çəkiliş edir. Niyə göstərməyim evimi? Burada heç bir eyib yoxdur. Özüm öz zəhmətimlə ev tikdirmişəm.
O, adama bəxtəvərlik verərlər ki , pulunun haradan gəldiyi, necə qazandığı bilinməz. Bilirsiniz ki, mən müğənniyəm və bu sənətdən qazanıram. Kimin belə evi varsa, sağlığına qismət".