Müğənni Günay İbrahimli də işsizlikdən və maddi sıxıntıdan şikayətlənib.
Lunar.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xəbər-ətər" verilişində karantindən danışıb. O bildirib ki, heç bir gəliri yoxdur:
"Ölkədə karantin rejimi tədbiq ediləndən uzun müddət küçəyə çıxmadım. Belə davam etsə, acından öləcəyik. Heç bir gəlirim yoxdur, ailəmin əlinə baxıram. Evdəkilər çalışır, onlar da mənə maddi kömək edirlər".