"Səsin, "vid"in yox, qılçan əyri, ərin "Şanapipik"dir..."- Mətanət "OD PÜSKÜRDÜ"
Xəbər verdiyimiz kimi, göyçaylı müğənni Mətanət Əsədovanın açıq-saçıq geyimdə şəhid analarının və qazilərin yeni ilini təbrik etməsi ilə bağlı məlumatlar yayılıb.
Bildirilir ki, müğənni "Mən şəhid analarını və qaziləri unutmamışam. Onları təbrik edirəm. 2021-ci ildə hər şey yaddan çıxacaq, onlar da normal həyata dönəcəklər" sözlərini deyib.
Lunar.az Sonxeber.az-a istinadən xəbər verir ki, müğənni öz "İnstagram" səhifəsində "canlı" açaraq olanlara aydınlıq gətirib və ona qarşı bəzi müğənnilərin qara "piar" etdiklərini bildirib:
"Məni necə tanıyırsınız, bilmirəm. 33 ildir ki, bu sənətdəyəm. Heç kimlə işim olmayıb. Bir-iki adam mənimlə bağlı "qara piar"la məşğul olub. Buradan o müğənnilərə səslənirəm.
Yazıqsan! Allah sənə heç nə verməyib. Allahdan arzu edirəm ki, səni aram-parça olasan! Bir adam yoxdur ki, axıradək onunla çörək kəsəsən. Hamını pul verib döydürürsən. Axtarın, araşdırın, görün, nə işlə məşğul olur. Səs yox, "vid" yox, hələ əyri "qılça" larını demirəm. Əri də "Şanapipik" . Sənin vicdanın yoxdur! Müvafiq orqanlara ərizəmi təqdim etmişəm. Bu işlə mənim vəkillərim məşğul olur. Mənimlə üz-üzə gəl, sənin "çolpa" başını tutub yolum ".