Xalq artisti Röya Ayxan bir neçə gündür adı qalmaqalda hallanan Roza Zərgərlinin qızı Bənövşə haqda yazıb.
Müğənni həmkarının qızına atılan böhtanı qınayıb:
“Bir az vaxt tapıb “İnstagram” səhifələrində bəzi xəbərləri oxudum, şərhlərə də baxdım. Çox məyus oldum. Bilmədən, öyrənmədən bir insana necə böhtan atıla bilər? Hələ o, gənc bir qızdırsa... Başqasını əzmək istəyənlər fikirləşsin ki, hər kəsin evində balası, ailəsi var. Olmayan şeyləri şişirtməyək. Mənim nə həmkarım Roza Zərgərli, nə də qızı ilə yaxınlığım var. Bu məsələni dəqiqləşdirən, araşdıran biri kimi deyirəm, belə bir şey yoxdur. İnanın mənə! Bu günədək az sayda bu mövzulara münasibət bildirmişəm. Amma bu böhtana, təhqirə susa bilmədim. Necə birinin üstünə gedib, onu təhqir etmək, psixoloji zərbə vurmaq, taleyini qaralamaq, ləkə yaxmaq olar? Sözlər birindən digərinin ağzına keçir, üstünə də qoyulur, yalanlar düzülür ard-arda. Bu həssas dövrdə hər kəsdən rica edirəm. Şərh yazarkən diqqətli olun, əlinizi vicdanınıza qoyun. Paylaşımı görüb də, anında inanmayın. Hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, təxminən bir ay əvvəl iş adamı 36 yaşlı Ramin Əliyev adlı şəxs intihar edib. Bundan sonra bəzi saytlarda intihar edən şəxsin Roza Zərgərlinin qızı Bənövşə Allahverdiyevlə sevgili olduğu, intiharı da onun yanında etdiyi haqda məlumat yayılmışdı. Daha sonra müğənni qızı haqda yayılan məlumatı təkzib edib, böhtan olduğunu bildirmişdi:
“Yayılan xəbərlər uydurma, yalan və böhtandır. Bu məlumatları yayanlar birinci Allah qarşısında, sonra isə qanun qarşısında cavab verəcəklər”.