Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Əsəbi və ya gərgin olmağınızın əsas səbəbi bu ola bilər!

Əsəbi və ya gərgin olmağınızın əsas səbəbi bu ola bilər!

Əsəbi və ya gərgin olmağınızın əsas səbəbi bu ola bilər!


Rənglər təbiətin bizə bəxş etdiyi hədiyyədir. Lakin onlar hər insana müxtəlif cür təsir edir. Onların təsirindən agah olmaq gündəlik yaşadığımız problemlərin həlli məsələsində böyük rol oynaya bilər. Araşdırmalara görə, rənglər insanlara ya müsbət, ya mənfi təsir edir.

Qırmızı

Enerjinin, hərəkətin rəngi olan qırmızı iş şövqünü artırır. Tənbəlliyin əleyhdarıdır, ancaq qəzəbə və təcavüzə də yol aça bilər. Qırmızı daha çox dinamik məkanlarda: rəqs studiyaları ilə diskotekalarda istifadə edilir. Onun tünd tonları isə sıxıcı atmosfer yaradır.

Narıncı

Narıncının da qırmızı kimi həyəcan bəxş edən, hətta qırmızıdan daha dinamik rəng olduğu müəyyən olunub. Sağlamlıq, canlılıq, yaradıcılıq, inam və cəsarət rəmzi olan narıncı qalibiyyət həvəsini coşdurur. Bu rəng sevinc və xoşbəxtlik bəxş etdiyi üçün mətbəx, uşaq və yemək otağı, eləcə də, dəhlizlər üçün uyğundur. Narıncının istifadə edildiyi məkanda istilik yaratdığı da deyilir.

Sarı

Sarının parlaq, şən və mehriban təsirinin insana ümid aşıladığı müəyyən olunub. İlhamverici sarı bəzən fikirlərin dolaşmasına gətirib çıxarır. O, mətbəx üçün çox uyğundur. İş otaqlarında istifadə edilməməlidir, çünki zehni yorub qarışıqlığa yol açır. Dincəlmə məkanları üçün də uyğun deyil.

Yaşıl

Sevginin, əməkdaşlığın, harmoniya və comərdliyin rəngi olan yaşıl sakitləşdirici təsiri ilə diqqət çəkir. Bu rəng özünü ifadə etməyə yardım edir. Məkanları daha geniş göstərir. Vanna, yataq və iş otaqlarında da istifadə edilə bilər. Açıq tonları divarlar üçün uyğundur.

Mavi

Mavi isə sülhü və sevgini ifadə edir. Xəyalpərəstlik və hədsiz kədər yarada bilər. Yataq otağı daxil da olmaqla hər yerdə istifadə edilə bilər. Yataq otaqları üçün daha açıq tonları uyğundur. Hərəkətin və işin çox olduğu yerlərdə istifadə edilməməlidir. Tünd tonları tənbəllik və melanxoliya yaradır.

Bənövşəyi


Alicənablığı və etibarı təmsil edən bənövşəyi yaradıcılıq və tolerantlıq oyadır. Bu rəngin eyni zamanda unutqanlıq və səbirsizlik yaratdığı da müəyyənləşib. Bənövşəyinin xüsusilə yataq otaqları üçün uyğun olduğu deyilir. Bu rəngin lavanda, yasəmən və orxideya tonlarını yataq otaqları və iş otaqlarında istifadə etməklə, arxayınlıq hissinizi artıra bilərsiniz. Bu rəngin açıq tonları xəstəxanaların gözləmə otaqlarında istifadə edilir.



Ağ enerji sistemini tarazlaşdırır. Yaradıcılıq duyğularını üzə çıxarır və inkişaf etdirir.

Qara, qəhvəyi və boz

Qara, boz və qəhvəyi kimi rənglər isə gərgin və ağır enerjiyə malikdir. Qara digər rəngləri yumşaldır, ancaq tək istifadə edilməməlidir.








Prinsesa от 1 mart 2016 20:19
wekli gordum eseblewdim ee wink
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ