Su pərisi, Gözəl Bell, Mulan... Malayziyada yaşayan gənc vizaj və makiayaj ustası özünü Disney personajlarına döndərməyi sevir. Ən maraqlısı isə odur ki, bu xanım pariklərdən istifadə etmir, "gərəkli" saç düzümünə başındakı hicabı çıxarmadan nail olur.
lunar.az bildirir ki, İnstaqram-da "Queen of Luna" niki ilə tanınan gənc Saravati artıq sosial şəbəkələrin ulduzudur.
Saravastinin yazdığına görə, o, başındakı hicabı heç zaman çıxarmayacaq.
"Məndə yüzlərlə növdə, rəngdə hixab var. Hicabın köməyi ilə obrazları dəyişə bilirəm", - Sarasvati deyib.