Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Müğənnilərə verilən fəxri adlar geri alınacaq? - AÇIQLAMA

Müğənnilərə verilən fəxri adlar geri alınacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Milli Məclisin Mədəniyyət Komitəsinin bu yaxınlarda keçirilən iclasında mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Fəxri adlar və təqaüdlərin verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciətlərin daxil olduğunu deyib.

Onun sözlərinə görə, bu sahədə qayda-qanun yaradılmalı, mədəniyyət sahəsində xidmətləri olan şəxslər mükafatlandırılmalıdır. Anar Kərimov bildirib ki, fəxri adların verilməsi zamanı öhdəliklərin də olması istənilir.

Maraqlıdır, fəxri adların verilməsində məhrumiyyətlər ola bilərmi? Yaxud da bu adların verilməsində nə kimi öhdəliklər düşünülür? Yəni fəxri adlar kimlərə verilməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Aqil Abbas açıqlama verib:
"Mədəniyyət sahəsində fəxri adları kimə gəldi payladılar. Həmin insanların xidmətləri nəzərə alınmadı.

Dövlət konsertində fonoqramma ilə oxuyanlara da xalq artisti adını verdilər. Ümumiyyətlə hansısa bir adı verəndə həmin şəxslərin görəcəyi işlərə baxılmalıdır.

Xalq artisti və əməkdar artist adını bir ara payladılar. Məsələn, xanəndə Süleyman Abdullayevin 75 yaşı var əməkdar artistdi, amma dünənin uşağı dövlət tədbirində oxuyub onlara da bu adı veriblər.

Ad verilməsi yaşla bağlı deyil. Bir insanın sözügedən sahədə xidmətləri ola bilər. Məsələn Faiq Ağayev çoxdanın xalq artistidir və halal haqqı kimi bu adı alıb. Gərək onun yaşı gəlib 60 olsun, sanra alsın? Məsələnin yaşla bağlı qoyulması düzgün deyil.

Sadəcə olaraq bir sənətçinin xidmətləri, xalqa nələr verməyi nəzərə alınmalıdır.

Verilən fəxri ad geri alınmır, ölkə prezidentinin imzası və sərəncamı ilə verilir.

Fəxri adlar o zaman geri alına bilər ki, həmin adamın dövlətə qarşı xəyanəti, hansısa cinayətdə əli olsun".

Deputat Elman Məmədov da mövzuya münasibətini bildirib:

"Qeyd edim ki, sənətçilərə fəxri adların təqdim edilməsi və burada müəyyən pozuntulara yol verilməsilə bağlı məsələni Mədəniyyət Nazirliyinin rəhbərliyi bəyan edib. Qeyd edilib ki, ayrı-ayrı hallarda müəyyən mənada bu prosesdə qeyri- obyektiv yanaşmalar olub.

O adı daşımağa layiq olmayan insanların da xalq, əməkdar atrist kimi adlarla mükafatlandırılması faktlar qeydə alınıb.

Burada konkret adlar çəkilməyib. Hər halda yeni yanaşmaların olacağı istisna deyil.

Həmin insanlar artıq o adı sözün həqiqi mənasında xalqın qəlbində alıblar, sadəcə olaraq bunun rəsmiləşdirilməsinə ehtiyac yaranır.

Bəzi hallarda müxtəlif neqativ yollarla yüksək fəxri adlarının alınması Mədəniyyət Nazirliyi səviyyəsində etiraf olunub.

O adın daşıyıcıları yüksək istedadı, cəmiyyətdə öz davranışı ilə seçilməlidir.

Heç bir halda onlar bayağı geyim tərzi və davranışı ilə seçilməməlidir. Təəssüf ki, hər zaman belə halların şahidi olmuşuq. Hesab edirəm və əminlliklə deyirəm ki, bu istiqamətdə Mədəniyyət Nazirliyində ciddi addımların atılacağı istisna deyil.

Bundan sonrakı mərhələ fəxri adların verilməsi prosesində dəqiq standartlara əməl etməkdir".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ