Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xalq artisti qonşusunu məhkəməyə verib

Xalq artisti qonşusunu məhkəməyə verib

Xalq artisti Zemfira Nərimanova qonşusunu məhkəməyə verib.

Lunar.az kulis.az-a istinadən xəbər verir ki, aktrisanın yaşadığı tarixi binanın konstruksiyasına zərər vura biləcək tikinti işləri aparılır.

Binanın əsas divarlarının və kommunikasiya xətlərinin zədələnə biləcəyini görən aktrisa Səbail rayon məhkəməsinə müraciət edib. Məhkəmədə onu vəkil Aynur Abdullayeva təmsil edir.


Bu barədə Z.Nərimanovadan münasibət öyrənilib. Xəbəri təsdiq edən Xalq artisti hazırda iş məhkəmədə olduğu üçün ətraflı məlumat vermək istəmədiyini bildirib.

Eyni zamanda, aktrisa bu məhkəmə ilə bağlı yaxın günlərdə mətbuata geniş açıqlama verəcəyini qeyd edib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ