Aynişanla Kənan barışdı: İcazə verin, həyatımıza davam edək
Ayrıldıqları iddia edilən Aynişan Quliyeva və Kənan Əliyev cütlüyü barışıb.
AZXEBER.COM xəbər verir ki, cütlük sosial media hesabında bir-birlərini izləməyə alıblar.
Kənan isə son paylaşımında məsələyə aydınlıq gətirib: "Günlərdir bu barədə yazılır, danışılır. Amma biz heç birimiz hadisənin bu qədər böyüdülüb, danışılacağını istəməzdik. Ən azı buna səbəb olacaq xüsusi nəsə etməmişik. Əlbəttə ki, hər ailədə söz-söhbət, xırda inciklik olur.
Daha sonra belə hallar cütlüklərin daha birliklərinin içdən bilməsini təsir edir.
Bu məsələni bəzi insanlar bu qədər böyüdüb və daha sonra o da bizi ittiham etməyə başladılar.
Biz də gəncik, insanıq çılğınlığımız var. Bu günə qədər instagramdan və whatsappdan bir-birini silən olmayıb? Bir-birimizə ictimai hörmətsizlikmi etdik? Ünvanlarımıza xoşagəlməz sözlərmi işlətdik? Bu ssenarini biz yox, siz yazdız. İcazə verin dağılmamış həyatımıza qaldığımız yerdən davam edək. İnstagramdan və telefon yaddaşından çıxartmaq, ürəydən silmək deyil”.