Ukraynalı müğənni Anna Sedokova üçüncü dəfə ərə gedir.
Lunar.az xəbər verir ki, bu barədə 37 yaşlı sənətçi "İnstaqram" səhifəsində yaxtada sevgilisi ilə çəkdirdiyi fotonu paylaşaraq məlumat verib.
Bir müddətdir latviyalı basketbolçu Yannis Tim ilə yaşayan Anna idmançının evlilik təklifini qəbul etdiyini bildirib:
"Mən sənin üçün yaxşı həyat yoldaşı və uşaqlarımız üçün yaxşı ana olacağıma söz verirəm. Səninlə keçirdiyim hər saniyəyə görə Allaha şükür edirəm və hər saniyə sənsiz darıxıram. Mən sənə "hə"dedim. Bəli, sənə ərə gələcəm, kainatdakı ən yaxşı kişi". (publika.az)