Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
BU QİSAS QİYAMƏTƏ QALMAZ

BU QİSAS QİYAMƏTƏ QALMAZ

30 il öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təxminən iki yüz ildavam edən imperiya zülmündən cana doymuş Azərbaycan xalqı ayağa qalxaraq azad yaşamaq haqqının olduğunu bəyan etdi.
Həmin gün xalqımızın özünüdərk prosesinin zirvəsi, milli oyanışın təntənəsi oldu.
Torpaqlarımızın toxunulmazlığı uğrunda başlanmış mübarizə sonda vüsətli xalq hərəkatına çevrildi. Onilliklər boyu gücünü yığan xalqın hayqıran səsi imperiyanı lərzəyə saldı və onu sarsıtdı.
Mərkəzin və onların yerdəki əlaltılarının cidd-cəhdləri ilə faciələr törədilsə də, xalqın dəmir iradəsini qıra bilmədilər.
Özünün həqiqi, real məziyyətlərinə görə digərlərindən üstünlüyünü anlayan Azərbaycan xalqı sovet imperiyasının "geridə qalmış xalq" sindromunu qırdı və birləşərək azadlıq əzmini nümayiş etdirdi.
Tarix bizi yenidən ağır sınaqlara çəkdi. Sovet imperiyası ilk qisasını Azərbaycandan aldı.
Qanlı 20 Yanvar faciəsini törətdi...
Həmin gün bakıya 35 minlik ordu yeridildi.
Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı.
Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var.
Lakin "Qara yanvarın indiyədək özündə saxladığı sirlər də çoxdur.
Bu olayların faciələrin əsas səbəbi
Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Respublikasının tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi barədə Dağlıq Qarabağda və Ermənistanda erməni millətçilərinin fəaliyyətinin gücləndirilməsi idi.
Daxildən xəyanətlərin olması Azərbaycanı uçuruma apardı.
Yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın bu günki nəaliyyətlərinin uğurlarının bəhrəsidir.
O vaxtkı Azərbaycan rəhbərləri də Azərbaycan xalqının etimadını sarsıtmışdı.
Xalqı düşünən yox idi kreslo vəzifə dərdi idi .
Ona görə də Qarabağın ermənilər tərəfindən işğal olunması ilə nəticələndi.
Minlərlə şəhidimiz , əsir düşən insanlarımız , ermənilərin millətimizə qarşı etdiyi zorakılıqlar , Xocalı soyqırımı .
Bu gün bütün dünya ermənilərin vəhşiliyindən xəbərdardır.
Ermənistandan və Dağlıq Qarabağdan zorakılıqla qovulan çoxlu sayda azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi Allahın ümidinə qalmışdı.
O hadisələrdən artıq 30 ildən çox vaxt keçib və Ermənistan dövləti hələdə işğal olunmuş Azərbaycan ərazilərindən çıxmır.
Artıq 90 ci illər deyil indi Azərbaycanın güclü ordusu var.
Nefti , qazı ,vs
Bu gün Azərbaycan iri addımlarla dünyanın hər yerində böyük uğurlara imza atıb.
Prezident İlham Əliyev və xanımı
Birinci vitse prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində .
30 ildən artıq zaman keçdi erməni vəhşiliyinə son qoymağın vaxtı çatdı.
Millət ayaqa qalxıb Qarabağa doğru getməyə hazırlaşır meydanlara axışır.
Dünyanın hər yerində azərbaycanlılar Qarabağa azadlıq şüarları ilə mitinqlər nümayişlər edirlər.
Bir neçə gündü ki xaricdə yaşayan soydaşlarımıza ermənilər tərəfindən hücumlar başlayıb .
Təbii ki bu hücumlar cavabsız qala bilməzdi azərbaycanlılar tərəfindən.
Məsələ çox mürəkkəbdir sadəcə olaraq onu deyə bilərəm ki Allah xalqımızı qorusun baş verən hadisələr heç də ürək açan deyil.
Bu qisas qiyamətə qalmaz....

REJİSSOR UMİD AMİN








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ