Təlimata uyğun bir olaq möhkəm olaq bu çətin dövrdə
Əgər bu qədər insan Qarabağ vətən qisas deyərək küçələrdə etirazlar edirdisə Bu halda sakit , aqressiyadan uzaq , yürüş təsəvvür etmək mümkün deyil insanlarin aşib - daşan emosiyalı olması o demək idi ki biz müharibəyə hazırıq xalq olaraq. Onların istəyi yalnız Qarabaģda vuruşub bu müharibəni sonlandirmaq , torpaqları geri almaqdır. Şəhidlərin qisası alınması idi. Bu xoş niyyət idi bəli Bu insanlar dövlətə və orduya dəstəyi ifadə edirdilər yürüşlə Milli məclisə basqın edənlər təxribata uyan , və ya elə təxribatçı qruplar idilər. Edilən bu hərəkət düşməni sevindirər yalnız. Birlikdə güclü olmalıyıq yumruq kimi Məlum məsələdir bezmişik,yorulmuşuq. İçimizdəki xəyanətlərdən , harınlamış məmurlardan , özbaşınalıqlarından, Qarabağsız yaşamaqdan, ədalətsizlikdən bəli usanmışıq. bütün vətəndaşlarımızı anlayır fikirlərinə hörmət edirəm, eyni zamanda isə deyirəm əziz xalqım təxribatlara uymayaq Bu günlər xalqın yeri ordumuzun yanı idi, Milli Məclisin in binası yox. İstiqamət Qarabağa olmalı idi təxribat etmək yox. Düşmənlərə güldürməyək özümüzü Şəhidlərimizin məkanı Cənnət olsun. Şəhid valideyinlərinə səbr, yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm. Dövrümüzün çətin sınağı olan torpaqlarımızın azadlığı uğrunda gedən müharibə və mübarizə meydanında gedən döyüşlərdə qeyrətli vətən övladlarımız şücaətlə döyüşəcəklər. Tökülən bir damla qan belə qisassız qalayacaq qoymayacayıq alçaq düşmənlərimiz sevinsin. Rejissor Ümid Amin