Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Nadir Qafarzadə: "Məndə it canı var"

Nadir Qafarzadə: "Məndə it canı var"

Müğənni Nadir Qafarzadə dəfələrlə intihara cəhd edib.

Bu barədə Lent.az-a açıqlamasında ifaçının özü danışıb:

“Dəfələrlə özümü öldürmək istəmişəm. İntihara cəhdlərim olub. Amma ölməmişəm. Məndə it canı var. Bu gün də ölmək istəyirəm. Çoxu deyəcək ki, sizin yerinizdə olmaq istəyən insanlar var.

Siz elə bilirsiniz ki, pullu olmaq xoşbəxtlikdir? Xeyr, insan ruhən xoşbəxt olmalıdır. Bəli, yaxşı ailəm, savadlı övladlarım, sadiq həyat yoldaşım var. Amma həyatımda sanki hüzur çatışmır.

Ölmək asandır. Amma öləndən sonra insan əzizlərini nigaran və gözüyaşlı qoyur. Ona görə də bu istəyimdən vaz keçdim”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ