Azərbaycanlı aktrisa Şeron Stounun ehtiraslı səhnə obrazını təkrarladı - FOTO/VİDEO
“Vicdan haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova paylaşımı ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, “Əsas instinkt” bədii filmində rol alan dünya şöhrətli aktrisa Şeron Stounun canlandırdığı qalmaqallı şəklini öz fotosu ilə kollaj edən Çimnaz sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Kollajdakı iki şəkil arasındakı oxşarlıq maraqla qarşılanıb.
Yazdırdığı “Varsanmı de” adlı yeni mahnısı üçün dərin sinə dekolteli libasda kamera önünə keçən Ç.Sultanova əyləşdiyi stulda seksual pozları ilə diqqətləri üzərinə cəmləyib.
Ehtiraslı səhnə obrazı ilə əks cinsin nümayəndələrinin ağlını başlarından alan Çimnazın lentə aldığı klipdə tərəf müqabili isə aktyor Müşviq Şahverdiyev olub.