Sonuncu dəfə İctimai Televiziyada yayımlanan "Dağıntılar altında" serialında rol alan aktyor Yasin Həzirə koronavirusa yoluxub.
Lunar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Türkiyədə olan aktyor bu barədə İnstaqram səhifəsində məlumat verib.
Açıqlama yayan aktyor qeyd edib ki, pandemiya ona dostundan keçib: "Mən virusa yoluxmuşam. İstanbulda eyni evi paylaşdığım dostum 7-8 gün əvvəl yüksək hərarət və baş ağrısı ilə xəstəxanaya getmişdi. COVİD-19 testinin nəticəsi 4-5 gün sonra gəldi, cavab pozitiv idi.
Bunu bildikdən sonra mən də yoluxacağımı anladım. Çünki eyni evdə qalırıq, yemək-içməyimiz bir yerdədir. Gedib analiz verdim, test nəticəsi müsbət çıxdı. Hərarətimiz və baş ağrımız var. Halsızlıq mütəmadi olaraq davam edir. İçki və siqaret qəbul etmədiyim üçün hələ ki, nəfəs almağımda problem yoxdur. İnanıram ki, yaxşı olacaq".