Aktrisa Afra Saraçoğlu "Öğretmen" serialındakı tərəf müqabili, aktyor Efekan Can ilə İnstaqram hesabında canlı yayıma qoşularaq izləyicilərinin suallarını cavablayıb.
Lunar.az axşam.az-a istinadən bildirir ki, aktrisa pərəstişkarlarından birinin "Oynamaq istədiyiniz bir rol varmı" sualına belə cavab verib:
"Uşaq olanda çox manyak idim. Yerimdə dayana bilmirdim. Anam həmişə küçəyə çıxıb "Bizi biabır edəcəksən" deyirdi. İnanılmaz dəcəl olmuşam. Ona görə də psixopat bir tipi oynamaq istərdim. Saçlarımı qısa kəsdirib, hətta qırxdırıb, ruhi xəstə olmaq istərdim. Yüz faiz baxılacaq. Nə qədər gözəl qız obrazlarında olacam? Nə qədər kiminsə tərəf müqabili olacam?".
Afranın cavabı izləyicilər tərəfindən maraqla qarşılanıb.