Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Ay Abbas, mahnılarımı oxumasaydın bakılılar səni toya çağırmazdı"

"Ay Abbas, mahnılarımı oxumasaydın bakılılar səni toya çağırmazdı"

"Musiqiçi Rafiq Babayev metro partlayanda dünyasını dəyişdi. Ondan sonra tək qaldım. Bir toyda Ənvər Sadıqovu gördüm, qarmon çalmağından xoşum gəldi və işə dəvət etdim. Birlikdə 10 il işlədik. Ənvəri öyrədib, hər işi göstərdim. Aftandil İsrafilovdan sonra qarmon sahəsində məşhur olmaq çətin idi. Sonra Abbasın yanında gördüm ki, Ənvər solistdir. Ona dedim ki, mənim üçün nigaran qalma, Abbas daha əlverişlidir. Onun yanında solistsən, mənim yanımda yox. Toydan gələn qonorarı yarı böləcək, çünki sənin adınla gedəcək. Mənə isə Ənvərin adı lazım deyil, özüm varam".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "5/5" verilişində deyib. Müğənni Əməkdar artist Abbas Bağırovla küsülü olmalarının səbəbini açıqlayıb:

"Ənvər mənim toy aparmağımı ən xırda amillərinə qədər Abbasa öyrətdi. Sonra Abbas çıxdı dedi ki, Brillintdan heç nə öyrənməmişəm. Bir dəfə toya getdik, Abbas da orda idi. Çıxdı mənim neçə mahnımı oxudu, fikirləşirəm ki, indi mən nə oxuyacam? Amma yenə də nəsə demədim.

Bir gün "Aləm gözəl" mahnısını oxudum, çıxdı haqqımda nələr danışdı. Ay Abbas, toylarda mənim mahnılarımı oxumasaydın səni Bakı camaatı dəvət etməzdi axı? Eybi yox, sonra Abbası bağışladım".

Lunar.az

[center][/center]








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ