Müğənni Damla Moskvadan qayıda bilmir. Lunar.az xəbər verir ki, sənətçi bu haqda "Bizimləsən" verilişinə zəng edərək deyib. O bildirib ki, tədbir üçün Rusiyaya yollanıb, indi isə uçuşlar təxirə düşüb:
"Novruz bayramı ilə bağlı tədbirlərə gəldik. 20-21 mart konsert oldu, sonra özəl dəvətlər var idi. Sonra da təyyarə biletləri bitdi. Nə qədər müraciət etdik, biletlər tükənmişdi. Düşündük ki, gözləyək ara sakitləşsin. İndi də karantindir, oteldən belə çıxa bilmirik. Əvvəldən alınan biletlərimiz də batdı. İndi burada heç yerə çıxmaq olmaz. Ancaq aptekə və ərzaq almağa düşə bilərik".
Damla bildirib ki, oğlu və anası Bakıdadır:
"Bilsəydim belə olacaq, tədbirləri təxirə salardım. Hər gün ailəmlə danışıram, deyirəm, heç yerə getməyin. Müvəqqəti sıxıntıdır, qapını bağlayın oturun evdə".