Hər gün "Xəzər Tv" də yayımlanan "5də 5" verilişinə tamaşaçılar gəlməyib.
Lunar.az xəbər verir ki, bu barədə verilişin aparıcısı Zaur Kamal məlumat verib:
"Həmişə öyrəşmişdik ki, studiyada əyləşən tamaşaçıları da salamlayaq. Amma bu gün bura boşdur. Bütün dünyada səs salan koronavirusla mübarizə gedir. Elə ölkəmiz də bu mübarizəyə qoşulub. Biz də düşündük ki, məhz tamaşaçıların təhlükəsizliyi üçün bir müddət gələn olmasın".