Aktrisa Oksana Rəsulova Türkiyənin məşhur serialı "Çukur"un çəkildiyi Balata gedib.
Lunar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib.
Oksana rəfiqəsinin təkidi ilə sevdiyi serialın lentə alındığı məkana getdiyini bildirib: "Sevdiyim serialın ən məşhur yerinə getməyimin səbəbi rəfiqəm Nura Babayeva oldu. Çəkiliş yox idi, ona görə də satıcılar öz masalarından sərbəst istifadə edirdilər.
Çəkilişlər çərşənbə axşamları baş tutur. Nura videoda deyir ki, ehtiyyatlı ol. Siz burada olsaydız, o sözün önəmini çox gözəl anlayardız. Bura başqa bir dünyadır, sehirli və maraqlı".