Aynur Dadaşova boşanmasından danışdı: "18 il dözdüm" - VİDEO
“Ona qalsa” verilişinin növbəti qonağı müğənni Aynur Dadaşova olub. Müğənni şəxsi həyatından söz açıb və boşanma səbəblərindən danışıb:
“Bəzi şeylər var ki, dözürsən, səbr edirsən. Bəzi qızlar 3 ayın gəlini olub ayrılırlar, mən 18 il dözdüm. Bir igidin ömrüdür. Bu gün ağ gündəyəm, bu qədər sevənlərim, tamaşaçılarım var, bundan gözəl gün ola bilər? Elə şeylər var ki, dözmək, səbr etmək olar, amma elə şeylər var ki, dözülməzdir. Məni tanıyanlar bilir ki, evdar xanımam. Bişirib-düşürən qadınam. Uşaqlarıma da, evimə də yaxşı baxmışam. Evimin həm qulluqçusuyam, həm də xanımı”.