Bacılar rəqqas İlhamın evinə "hücum çəkdilər" - VİDEO - FOTO
ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti çəkilişi rəqqas İlham Kərimlinin evində baş tutub.
Lunar.az bildirir ki, verilişdə qurulan səhnəciyə görə aparıcılar rəqqasın evinə hücum ediblər.
Guya onlar İ.Kərimli ilə qonşudurlar və onun mənzilindən bacıların mənzilinə su damır. Bacıları hay-küylə qapıda görən rəqqas təccüb içərisində onları sakitləşdirməyə çalışır. Bir neçə cəhddən sonra, nəhayət, sakitləşən bacılar İlhamın hamamına nəzər salır və suyun onlardan dammadığını görür.