Mələykə Əsədova: "Mən süd vannasında deyil, Kürün lıqqasında çimmişəm"
Xalq artisti Məleykə Əsədova Zaur Baxşəliyəvin aparıcılıq etdiyi verilişdə maraqlı açıqlaması ilə diqqət çəkib.
Lunar.az bildirir ki, aktrisa Atv telekanalinda Zaur Baxşaliyevin "Bizimləsən" layihəsinin qonağı olarkən verilişdə özu haqqında maraqlı məqama toxunub. Aktrisa yaşının və dərisinin gözəlliyinə görə ona verilən suallardan danışıb: "Mənə deyirlər ki, süd vannasında çimmisən? Mən də deyirəm ki, yox, Kürün lıqqasında çimmişəm".
Qeyd edək ki, aktrisa Neftçala rayonunda anadan olub. Hazırda Məleykə Əsədovanın 53 yaşı var.