"Donumu qaldırdı, utandım" - Əməkdar artist - VİDEO
“Dedi ki, sizi yataqda çəkək”
ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı əməkdar artist Sevinc Sarıyeva olub.
Müğənni hər şeyi reklama çevirənlərdən şikayətlənib:
“Bizim konsertlərimiz hesabatdır. Öz payıma deyirəm ki, hər dəfə konsertdə çıxış edəndə ustadların qarşısında imtahan vermiş oluram. Amma o konsertləri reklam xətirinə etməmişəm, efir çəkilib verib, o ayrı. Amma Sevinc xanım filan yerdə konsert verdi, yıxıldı, belə şeyləri sevməmişəm. Hətta, o vaxt ayağım sınanda biri dedi ki, gələk sizi yataqda çəkək, əməliyyatı çəkək. Dedim, mən öz canımın halındayam. Qonşu kanalların birində məni efirə dəvət etdilər. Məni gipsdə verilişə gətirdilər ki, heç olmasa efirə çıx 3-4 ay camaat səndən nigarandı. Aparıcı efirdə donumu qaldırdı ki, ayağım gipsdədi. Onun üçün xüsusi ayaqqabı tikdirmişdim və elə gəlmişdim efirə. Utandım. Sonra mənə o qədər zənglər oldu ki...”.