Sağlam qidalanma mütəxəssisi Könül Atəşsaçan şirniyyat yedikdən sonra çay içməyi təklif edir.
Onun sözlərinə görə, yeməklər bir-birinə qarışanda daha çox problem yaranır. Ərzaqlar mədədə bir-birini gözləmək məcburiyyətində qaldığından həzm prosesi getmir. Qidalar mədədə çürüyür və ya mayalanır. Məsələn, karbohidratlar, zülallar bir-birinəzidd olduğundan onları eyni vaxtda yemək olmaz.
Ət, yumurta, pendir, makaron, plov kimi yeməkləri çörək ilə birlikdə yedikdə də həzm ləngiyir. Nəticədə piylənməyə səbəb olur.
İşlənməmiş taxıl məhsulları ilə tərəvəzlər birlikdə yeyilə bilər. Yağ və karbohidratları da istənilən tərəvəzlə yemək olar. Yağlarla heyvan mənşəli qidalar eyni vaxtda yeyiləndə mədə və bağırsaqlarda çürüməyə səbəb olur. Şəkər isə ən çox turşu yaradan səbəbdir.
Ümumiyyətlə, şirniyyatı ac olanda yeyin və üstündən mütləq bir stəkan isti çay için. 1-2 saat sonra isə 1 stəkan limonlu su için. Bu zaman artıq çəki problemindən xilas olursunuz.
Meyvələri də qarışdırmamağa çalışın. Tərəvəzləri bütün karbohidratlar və zülallarla birlikdə istehlak etmək olar. Çünki tərəvəzlər həzmə kömək edirlər. Lakin tərəvəzlərin çiy istehlak edilməsi xüsusən axşamlar qaz yaranmasına və mədə pozğunluğuna yol açır. Ona görə də, ən yaxşısı, buğda bişirməkdir. Qaynadaraq və ya sobada bişirərək yemək də yaxşı nəticə verər.