Firuzə: "Səhnədə olduğum üçün hicab taxa bilmirəm"
"Qızım ziyarətdən gəlmişdi, 40 gün hicab bağladı. Hər bir insan ziyarətə getmədən öncə əhd edib gedir. Övladlarım da, mən də həm həci, həm məşədi həm də kərbalayidir. Mən ziyarətləri çox sevirəm”.
Lunar.az xəbər verir ki, bu sözləri əməkdar artist Firuzə İbadova deyib. O səhnədə olduğu üçün hicab bağlaya bilmədiyini deyib:
"Hər zaman bağlı geyimlər geyinirəm. Baş örtüklərim olur amma elə hicabla efirə çıxa bilmərəm. Nə qədər ki, səhnədəyəm, hicab bağlaya bilmirəm. Hicaba hazır olmaq lazımdır. Deməzdim ki, hazır deyiləm. Sadəcə dediyim səbəb qarşımı kəsir”.