"Səhər-səhər" verilişi tanınmış simalar arasında sorğu keçirib. Onlara son günlər gündəmdən düşməyən "Övladıma müğənni qızı almaram" sözləri ilə bağlı suallar ünvanlanıb.
Axşam.az onların cavabını təqdim edir:
Əməkdar artist Elza Seyidcahan "Özləri müğənnilərə yaxşı baxmır deyə, elə bilirlər hamı pis gözlə baxır. İndi dünyanın hansı yerinə gedirəmsə, qorxmuram. Müğənni olmayanda qorxurdum. İndi müğənniyəm deyə, hara gedirəm məni qoruyurlar. Əvvəl tanımaya, söz ata bilərdilər.
Çünki özün yaxşı müğənni deyilsən, ona görə müğənni qız almaram deyirsən. Müğənniliyə təsadüfi gələnlər o sözü deyir. Onlar sənətini yox, geyimini, özünü göstərməyə gəliblər. Elə qohumlarımız var ki, onlara qız vermirlər. Mən müğənniyəm, elçi gedirəm qızı verirlər. Oğluma da qızı mənə görə veriblər. Gedin sənətinizlə məşğul olun, söz tapın danışmağa" sözlərini deyib.
Əməkdar artist Vasif Məhərrəmli də Nadir Qafarzadə və Elnarə Abdullayevanı qınayıb:
"Burada söhbət kişi yox, qadın müğənnilərdən gedir. Bu sözü Nadir Qafarzadə və Elnarə Abdullayeva deyirdi. Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal. Hər şey sevgiyə bağlıdır. Məqsədlidirsə, mən də razı deyiləm. Var ki, filankəs xanəndədir, varlıdır qızını alım. Hər bir qadın, kişi istəyir ki, mükəmməl ailəsi olsun. Əgər ailəsini elə-belə qurursa, onun əqli problemi var, getsin həkimə".
Müğənni Rüfət Axundov "Hər insan öz oturuşuna, duruşuna fikir verməlidir. Biz də nəyəsə görə özümüzü qurban veririk ki, bizi yaxşı tanısınlar, özümüzü buraxmayaq" cavabını söyləyib.
Aktyor İslam Mehrəliyev isə 13 illik ailəni dağıtma qalmaqalında adı hallanan Aysel Əlizadədən danışıb:
"Heç gör müğənni bunları alır? Müğənnini biabır edirlər ki, ailə dağıdır. Ailə dağıdanın ailəsi olmaz. Amma kişinin özündədir günah. Müğənni olmasa da gedib başqasıyla gününü keçirəcək. Müğənni göz önündədi deyə, onun adı hallanır".
Qeyd edək ki, nadir Qafarzadə, Elnarə ABdullayeva, Könül Kərimova və bir çox sənət adamı "Övladıma müğənni almaram. Müğənnilər əxlaqsızdır" kimi ifadələr işlədiblər.