Aktrisa Zeynep Kankondenin sosial mediadakı paylaşımı diqqətləri çəkib. O, həmkarı Neslihan Atagülün çəkiliş geyimini ələ salıb.
Lunar.az axşam.az-a istinadən bildirir ki, bəzi vaxtlar "Olmayınca olmuyor" etiketi ilə məşhurların pozalarını təqlid edib, stillər ilə zarafatlaşan, əyləncəli paylaşımlar edən Zeynepin hədəfi bu dəfə Neslihan olub.
Atagülün bir jurnal üçün çəkdirdiyi şəklinin bənzərini çəkdirən aktrisa onu "Üzürlü say Neslihan Atagül" başlığı ilə paylaşıb.
Neslihandan qarşı tərəfə cavab gecikməyib. O, Zeynepin paylaşımına "Daha yaxşı alınıb" sözləri ilə reaksiya verib.