Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Səndən 20 "dənə" var, ağıllı ol" - Tuğbadan Can Yamana

"Səndən 20 "dənə" var, ağıllı ol" - Tuğbadan Can Yamana

Müğənni Tuğba Ekinci haqqında şiddətlə bağlı xəbərlər çıxan aktyor Can Yamanı sərt tənqid edib.

Lunar.az xəbər verir ki, o, sosial media hesabında paylaşım edərək, aktyoru ərköyün adlandırıb.

“Məni yaxşı tanı, sözlərimi unutma. Kimin oğlusan bilmirəm, ailəni tanımıram, çox ərköyünsən. Atan səni döyməyib, daha öncə də qıza stəkan atmısan, indi də eynisini etmisən. Bu ölkə sənə pul qazandırır. Kişi saçını refle etdirməz. Bu ssenaridən sonra da saçının forması başqa yerdə bəyənilməyəcək. Başqa seriallarda da bir şeyə oxşamırsan. Səndən 20 “dənə” var, ağıllı ol, ətrafın saf və kiçik qızlardan ibarət deyil, oğlum” deyə, müğənni yazıb.

Qeyd edək ki, Can Yamanın ötən günlərdə serialın çəkilişi zamanı izləyicilərinin birinə fotoaparat tullaması gündəmə gəlmişdi. Partnyoru Demet Özdemir isə aktyoru müdafiə edərək, Canın onu qorumaq üçün belə bir addım atdığını dilə gətirmişdi.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ