Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İranda Baloğlan Əşrəfova hücum oldu

İranda Baloğlan Əşrəfova hücum oldu

Əməkdar artist Baloğlan Əşrəfov İranın Sərəyin şəhərində konsert proqramı ilə çıxış edib.
Bu barədə "Ölkə.Az"a əməkdar artist özü məlumat verib. Onun sözlərinə görə, sözügedən şəhərdə İrandakı şah rejiminin devrilməsindən sonra ilk dəfə konsert təşkil edilib:

"Şah rejimindən sonra Ərdəbilin Sərəyin şəhərində ilk dəfə möhtəşəm konsert proqramı ilə çıxış etdim. Yaxın günlərdə konsertdən olan görüntüləri də mediaya təqdim edəcəyəm. Ərdəbilin mədəniyyət idarəsinin rəisi məni dəvət etmişdi. Bildirdilər ki, sən Azərbaycandan ilk müğənnisən ki, burada ansamblla konsert proqramı ilə çıxış etdin. Bu yaşıma qədər çox konsertlər vermişəm, amma beləsi olmamışdı. Məni təxminən on cangüdən səhnədən maşına güclə apardı. Əgər o izdihamın içində salamat qalmışamsa, bu, böyük işdir. Məni böyük çətinliklə izdihamın arasından çıxardılar. Mənə dedilər ki, şah rejimindən sonra burada konsert verən ilk müğənni kimi bizim tariximizə düşdün. Konsertin səhəri günün mənə çox bahalı klip çəkdilər. İnşallah, o klipi də Azərbaycan tamaşaçılarına təqdim edəcəyik. Yaşımın bu vaxtında belə bir uğur qazanmışamsa, Allahımdan və tamaşaçılardan milyon dəfə razıyam".

Baloğlan Əşrəfovun sözlərinə görə, konsertdən sonra tamaşaçıların hücumuna məruz qalıb:
"Hər bir sənətçimizə belə sevgi arzulayıram. Orada sevdiklərindən məni öldürə də bilərdilər. Mühafizəçilər gördülər ki, yerimək mümkün deyil, məni göyə qaldırıb əllərinin üstümdə maşına apardılar. Bu konsertlər İranın ayrı-ayrı şəhərində olacaq. Növbəti konsertimiz İranın Astara şəhərində baş tutacaq. Bu konsertdən sonra eşitdim ki, İranın müxtəlif şərlərindən də sifarişlər gəlir.

Orada ilk konserti mən vermişəm. Mən orda-burda otağa girib yüz nəfərin qarşısında çıxış etməyi nəzərdə tutmuram. Söhbət böyük konsertdən gedir. Bunu qorxmadan və çəkinmədən deyirəm".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ