"Mənim üçün belə görüntülər normaldır" - Renka Kərimlə yataqda yayılan videosundan danışdı
Xəbər verdiyimiz kimi, ötən gündən etibarən sosial şəbəkədə müğənni Kərim Abbasov ilə rəqqasə Renkanın yataqda olarkən çəkilən videosu yayılıb.
Lunar.az primetime.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Renka “Hər şey daxil” verilişinə canlı bağlantı ilə qoşulub. O, bu görüntülərin Kərimin yeni klipindən olduğunu bildirib:
“Bu barədə biz özümüz danışmaq istəmirdik. İstəyirdik ki, klip hazır olsun, sonra açıqlama verək. Çəkiliş olundu, sonra mənim məclisim var idi deyə getdim. Çəkiliş meydanına qayıdanda gördüm ki, video yayımlanıb. Mən Rusiyada doğulmuşam. Mənim üçün belə görüntülər normaldır. Hətta repçi Qurdun klipində çəkilən ilk açıq-saçıq rəqqasə olmuşam. Mən bunu bir iş kimi görürəm. Sabahı gün bu video yaddan çıxacaq. Orada şişirdiləcək belə bir şey də yoxdur. Həmin görüntülərdə səs kəsilib, amma biz deyib, gülürük”.