"Həyat məni sıxır. Elə davranıram ki, oğullarım mənim üzümə qayıtmasınlar. Bəlli bir yaş var. Uşaqlarla o qədər ehtiyatla davranıram... Allah valideyni o gündən qorusun ki, övlad üzünə dayana. Dayandısa, get özünü as öldür".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə "Hər şey daxil" verilişində deyib. Sənətçi İsveçrədə təhsil alan övladının onu sosial şəbəkədə təhqir edən şəxsə əsəbiləşməsindən söz açıb:
"Anası mənə dedi ki, İnstaqram başımıza oyun açacaq. Oğlum İsveçrədə oxuyan ərəfə idi. İnstaqramda məni təhqir ediblər, deyib, təcili Bakıya gəlirəm, atamı təhqir ediblər. Dedim, ata hələ ölməyib, öz dərsini oxusun".
Nadir sosial şəbəkələri təhqir edib:
"Zəmanə çox pisdir, insanlarda getdikcə pisləşir, pozğunlaşırlar. Sosial şəbəkə çox şeyi üzə çıxardı. Kaş "Facebook", İnstaqram olmazdı, bəzilərini bu qədər tanımazdım. İnstaqramda nələr baş verir... Biz kimə nəyi göstəririk? Bu ölkədən çıxıb getmək istəyirəm. Torpağımdan küsmürəm, insanların aqresiyasından inciyirəm. Nə paylaşırsan, yalandan deyirlər şəhidlərimizi paylaşın da... O gün bir paylaşım etdim şəhidlərlə bağlı, heç 10-15 bəyəni gəlmədi. Amma bir tərbiyəsiz video qoy, hamı "like" qoyacaq".