Günelin ayrılıq paylaşımları: "Sevirdim ki, əl çəkdim"
Türkiyədə yaşayan müğənni Günel Zeynalova son günlər sosial şəbəkədəki paylaşımları ilə müzakirələrə səbəb olub.
Lunar.az-ın məlumatına görə, sənətçi ancaq ayrılıqla bağlı mesajlar yazır. Onun bu paylaşımları izləyicilərinin də diqqətindən qaçmayıb.
Günelin "Özümə qısa vaxt verdim. Həmişə güləcəm. Tam sevirdim ki, əl çəkdim. Əlimin dəydiyi hər şeyi gözəlləşdirəcəm. Sadəcə, mənə aid olanları ən sadə halıyla... Uzun-uzun baxıb, nə gözəldir deyəcəm... Kiminsə şahid olması önəmli deyil. Mən bilirəm, bəsdir... İndi sən sadəcə səbr et" kimi sözlərinə yüzlərlə şərh yazılıb.