Xalq artisti Məleykə Əsədova “Show news” verilişinə açıqlama verib.
Lunar.az xəbər verir ki, o, qalmaqallardan uzaq gəzdiyini bildirib.
“Mənfi sözləri eşitmək istəmirəm, dedi-qoduya, qalmaqala getsəm, gözəlliyim qalmaz. İndi sosial şəbəkə ilə asan məşhurlaşırlar. Ancaq bu qalıcı şöhrət deyil, sənət sənətdir, sənətkar sənətkardır. Sənətimlə 30 ildir gündəmdəyəm. Bugünədək alqışlar və sevgi mənimlədir” deyə, Əsədova söyləyib.