Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Siqareti tərgitdikdən sonra bədəninizdə nə olur?

Siqareti tərgitdikdən sonra bədəninizdə nə olur?

Siqareti tərgitdikdən sonra bədəninizdə nə olur?


Siqareti tərgitmə mərhələsində bədəndə meydana gələn dəyişikliklər nələrdir? Bu sualın tibbi cavablarını sizə təqdim edirik.


● 20 dəqiqə sonra qan təzyiqi və nəbz normallaşır, əl və ayaqda qan dövranı düzəlir.
● 8 saat sonra qandakı oksigen səviyyəsi normala dönür, infarkt keçirmə riski azalır.
● 24 saat sonra bədən karbon monoksiddən təmizlənir.
● 48 saat sonra qandakı nikotin səviyyəsi azalır, dad və qoxu duyğusu artır, peptik mədə yarası olan xəstələrin müalicəyə verdikləri cavab artır.
● 72 saat sonra nəfəs yollarının rahatlaması nəticəsində tənəffüs rahatlaşır, tənəffüs yolları funksiya görməyə başladığı üçün sekresiya miqdarı artır, nəfəs yolları öz-özünü təmizləməyə çalışır. Enerji səviyyəsi yüksəlir.


● 2-12 həftə sonra bütün bədəndəki qan dövranı düzəlir, tənəffüs yolu infeksiyalarına tutulma riski azalır, hərəkət zamanı yorulma və tövşəmə daha az olur.
● 3-9 ay sonra öskürək, qısa fasilələrlə nəfəs alıb-vermə və xırıltılı ya da fit səsli nəfəs alıb vermə kimi tənəffüs yolu problemləri düzəlir, ağciyər funksiyaları 5-10 faiz nisbətində artır.
● 12 ay sonra koronar qəlb xəstəliyi riski yarı-yarıya azalır.
● 12-36 ay sonra sidik kisəsi xərçəngi riski 50 faiz azalır.
● 5 il sonra ürək infarktı riski, yemək borusu və ağız boşluğu xərçənglərinin riski 50 faiz azalır.
● 10-15 il sonra ürək infarktı keçirmə riski heç vaxt siqaret çəkməyənlərlə eyni səviyyəyə enir, ağciyər xərçəngi riski siqaret çəkənlərə nisbətən 50 faiz azalır.

Siqareti tərgitmək üçün yeni müalicə üsulları


Siqareti tərgitmək yolunda ilk addım qərar vermək və iradəli olmaqdır. Ancaq uzun sürən bu pis vərdişdən xilas olmaq üçün peşəkarların köməyi lazım ola bilər. Siqareti atmaq mərhələsində müxtəlif müalicə yolları mövcuddur. Dərman müalicəsi və əvəzedici müalicələri köməkçi yollar hesab olunur.

Dərman müalicəsi: Dərman beyindəki siqaret istəyini azaldır. Bu dərmanlar siqareti tərgitməkdə çox çətinlik çəkən insanlar üçün yararlı ola bilər.

Əvəzedici müalicələri: Nikotin maddəsi nikotin bantlarla insana kənardan verilir. Nikotin saqqızları, hətta nikotin spreyləri də mövcuddur. Siqaret ağızlıkları, yəni nəfəslə çəkilən mentollu spreylər də mövcuddur. Ancaq bu nikotin bantlarının hər gün dəyişdirilməsi və gecələr çıxarılması lazımdır. Bu bantların da dozaları mövcuddur. Asılılıq səviyyəsi çox yüksəkdirsə, ən yüksək dozadan başlanılır. Bu üsul, dərmana əlavə olaraq da tətbiq oluna bilər. Daha tez nəticə əldə etmək üçün ortaq müalicə də tətbiq oluna bilir.

Siqareti tərgitmək mövzusunda çox çətinlik çəkən şəxslər dərman, nikotin bantı və nikotin saqqızını bir yerdə istifadə bilər. Ancaq bu müalicələrin həkim idarəsi altında tətbiq olunması lazımdır. Nəzarətsiz istifadə sağlamlığınıza ziyan vurmağınıza səbəb ola bilər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ