Xərçəng xəstəliyi səbəbilə anasını itirən aktrisa Hande Erçel özünə gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir baş rolda oynadığı "Halka" serialının çəkilişlərinə gəlməyən aktrisa yenidən ekranlarda görünməyə qərar verib.
Belə ki, ötən gündən çəkiliş meydançasına gedən Hande işinə davam etmək fikrinə düşüb.
Qeyd edək ki, ekran işində Erçellə yanaşı, Serkan Çayoğlu, Kaan Yıldırım, Hazal Subaşı və Ahmet Mümtaz Taylan da rol alıb.