Xalq artisti Nazpəri Dostəliyevanın "Şou ATV"də onu toyda zəhərləmək istəyənlərlə bağlı açıqlaması müzakirələrə səbəb olub.
Lunar.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənninin uzun illər əvvəl Moskvada başına gələn əhvalatı danışması dostlarını təşvişə salıb. Hər kəs sənətçi ilə əlaqə saxlayıb, hadisənin yeni baş verdiyini zənn ediblər.
Bu gün isə sözügedən proqramın aparıcısı Nanə Ağamaliyeva məsələyə aydınlıq gətirib. O, xalq artistinin xahişi ilə mövzuya yenidən qayıdıb və hadisənin illər əvvəl baş verdiyini qeyd edib.
Proqramın digər qonağı, şairə Nazilə Səfərli isə həmin olaydan sonra sənətçinin hər yerə termosla getdiyini bildirib: "Nazpəri xanım o gün, bu gündür ki, toylarda heç kəsin çayını içmir. Yanında termos gəzdirir".