"Mini yubka geyinən oğlanlar..." - Rəmişdən sərt sözlər
Xalq artisti, gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) toylara getməməsinin səbəbini açıqlayıb.
Lunar.az baku.ws-ə istinadən xəbər verir ki, Hüseynovun sözlərinə görə, mini yupka geyinən oğlanların əlindən onun kimi sənətkarlara toylarda macal yoxdur:
"Əvvəllər gündə 3-4 dəfə toya gedirdim. Axır vaxtlar zəng vurmurlar. Ayda 1-2 dənə. Mini yubka geyinən oğlanlardan bizə macal yoxdur. Bir toya çağırdılar, hamısı arvad idi. Arvad da nə pul versin. Dəvət edənləri çoxu dost-tanışlardı.
Musiqiçi yeni çıxan müğənnilərə münasibət də bildirib. O, gənc həmkarlarına sərt sözlər deyib:
""Petibalalar"... Kişinin kişi sifəti olar, kişi kişi kimi yaşayar. Onların da öz dünyası var. Onların əsas böyük qurumu Amsterdamdadır (Hollandiyanın paytaxtı-red.). Mən hamısına can sağlığı arzulayıram, çünki Allah hərəni bir cürə yaradır".