Elşad Xosedən boşanan Oksana hamilədir - Süni mayalanma ilə ana olacaq - FOTO
Tanınmış rəqqasə Oksana Rəsulova hamilədir.
Oxu.az-ın əldə etdiyi məlumata görə, rəqqasə ana olacağı günləri sayır.
Belə ki, Rəsulova hamiləliyinin altıncı ayını yaşayır.
Uzun müddətdir ana olmaq istəyən sənətçi bu istəyini gerçəkləşdirmək üçün klinikaların birinə müraciət edib. O, süni mayalanma yolu ilə hamilə qalıb.
Məsələ ilə bağlı rəqqasə ilə əlaqə saxladıq, o sualı eşidər-eşitməz “Bu nə sualdır mənə verirsiniz?” deyərək cavab verməkdən yayınıb.
Rəqqasə uzun müddətdir mediadan və tədbirlərdən uzaq gəzir. Sənətçi bir neçə aydır sosial media hesabında da yeni fotolarını paylaşmır. Paylaşımlar arasında 2-3 fotoya rast gələ bilərik ki, bu şəkildə də sənətçi üzünün şişkin olduğunu gizlətmək üçün proqramdan istifadə edib.
Hazırda “Qış nağılı” filminin çəkilişlərində olan Oksananın çəkilişdən paylaşdığı fotolarda kilolu olması və qarnını gizlətməsi də diqqətdən yayınmayıb.
Rəqqasənin sonuncu paylaşımında yazdığı sözlər də onun hamilə olmasını bir daha təsdiqləyir:
“Qız üçün ən yaxın ana olmalıdır” cümləsini eşidəndə, bu sözlərin nə qədər dərin mənası olduğuna fikir vermirdim... Amma gec ya tez, hər bir qız övladı bunu anlayır, anlamalıdır”.
Elşad Xosedən boşanan Oksana hamilədir - Süni mayalanma ilə ana olacaq - FOTO
Qeyd edək ki, Oksana Rəsulova sonuncu həyat yoldaşı reper Elşad Xose ilə qalmaqallı şəkildə ayrılıb.