Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Mən müsəlman qadınam, haqqımda yazılanların heç biri doğru deyil" - Mustafanın arvadı

"Mən müsəlman qadınam, haqqımda yazılanların heç biri doğru deyil" - Mustafanın arvadı

Müğənni Mustafa Sandalın boşanmaq üzrə olduğu serb xanımı Emina ölkəsində qəzetlərdən birinə müsahibə verib.

Lunar.az axşam.az-a istinadən bildirir ki, ifaçı ayrılıq qərarından sonra ilk dəfə Mustafa ilə münasibəti barədə açıqlama verib:

"On aydır birlikdə yaşamırıq. Ərimə xəyanət etməmişəm. Mustafa ilə nümunəvi cütlük idik, amma müəyyən bir yerdə aramızdakı sevgi bitdi. Boşanmaq kiçik ölüm deməkdir. Birlikdə etdiyin hər şeyin ölümü... İki il əzab çəksəm də, səsimi çıxarmadım. Elə bir vaxt çatdı ki, "Ya onunla qalıb xəstə olacağam, ya da riskə girib gedəcəyəm" dedim.

Emina uşaqlarının onda qalacağını söyləyib:

"İki oğlum var. Uşaqların yeri analarının yanıdır. Mustafa evdən gedəndə oğullarım çox pis oldu. İşləyib onlara baxmaq məcburiyyətindəyəm. Guya bu ailənin mənim üzümdən dağıldığını göstərdilər, amma səbəbkar mən olmadım. Mən müsəlman qadınam. Haqqımda yazılanların heç biri doğru deyil".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ