"Valideyn itkisi ən ağır idi. Atamı itirdim, ananm mənə ruh verdi. Onun sayəsində addımlar atdım. Bir qadın, qız, uşaq kimi mənə lazım olanda atam getdi. Məsləhətlər almaq istəyəndə anamı itirdim. Anamın arzusu ilə ailə qurdum. Özümə çox qapandım, verilişlərə çıxmadım, depressiyaya düşdüm. O vaxt Allah mənə qızımı verdi. Anladım ki, qızım üçün yaşamalıyam. Mən zərifəm, zəif yox".
Lunar.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Məleykə Əsədova "Lider maqazin"ə açıqlamasında deyib.
Ad günü ərəfəsində proqrama qatılan aktrisa həyatından danışıb. O bildirib ki, qadın kimi heç vaxt xoşbəxt olmayıb:
"Aktrisa kimi xoşbəxtəm. Bir daha da qadın kimi xoşbəxt olmayacam. Qoy bundan sonra qızım xoşbəxt olsun".