Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Damla göz yaşlarını saxlaya bilmədi: "Gərək efirlərə çıxmazdım" - VİDEO

Damla göz yaşlarını saxlaya bilmədi: "Gərək efirlərə çıxmazdım" - VİDEO

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı müğəni Damla olub.

Lunar.az bildirir ki, müğənni efirdə göz yaşları içərisində atasının ölümündən sonra konsert verməsindən danışıb:

"İçimdə qəribə bir fəryad var idi ki, hər şey siz düşündüyünüz kimi deyil. Mənim sahəm kənardan bəxtəvər sahəsi kimi görünür. Deyirsən, gülürsən, şənlənirsən... Amma insanlara onu izah edə bilmirdim ki, mən şənlənməyə getmirəm. Proqramda beh məsəli oldu. O məsələni o qədər böyütdülər ki, məni sanki xalq düşməninə çıxardılar. Bu addımı atmasaydım, mən, mənə verilən o əmanət behlərin, öncədən planlanmış konsert salonlarının haqqını ödəməsəydim, gərək bundan sonra efirlərə çıxmazdım. Təzminatların da altından qalxa bilməzdim. Atam ürək çatızmamazlığından əziyyət çəkirdi. Bütün ruhumuzla biz onun sağ qalması üçün çabaladıq. Yetər ki, 10 gün, 1 il artıq yaşasın. Amma təbii ki, qədəri yazan Allahdır".

Damlanın bu sözlərindən kədərlənən Əli Mirəliyev də göz yaşlarına boğulub:

"Ata hamımız üçün atadır. Mənim də atam görmədi mənim oxumağımı. Mənim atam əziyyət çəkib, zəhmətkeş olub. 3 oğlu var idi. Məndən nəsə gözləyirdi. 14 yaşımda atam rəhmətə getdi. Mən məcbur oldum oxuyum. Çünki anamı qoymamışdı işləməyə. Mən xaricə birinci dəfə gedəndə orda ingliscə deyilir filankəs oxuyur. Aparıcı deyir. Mən də deyirəm ata adını, soyadını filan yerdə çəkdirirəm. Bu böyük fəxrdir".




Milli.Az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ