Sevilən müğənni Şəbnəm Tovuzlu qocalar evində olub.
Lunar.az bildirir ki, Bilgəhdə yerləşən qocalar evini ziyarət edən ifaçı xanım onlar üçün mahnılarını ifadə edib. Ş.Tovuzlu yaşlı insanlarla əyləncəli vaxt keçirib, onları dinləyərək dərdlərinə şərik də olub, kövrək anlar yaşayıb. O, təəssüratlarını bu sözlərlə ifadə edib:
"Bu gün çox xoşbəxt oldum. Həm ağladım, həm güldüm. Ona görə ağladım ki, yaşlı insanları gördüm, içim parçalandı. Valideynlərim gözümün önünə gəldi. Allah onları atan insanlara insaf versin. Gülüşüm, sevincim də o oldu ki, onları sevindirə, güldürə bildim. Ürəkləri xoş oldu. Dövlətimiz buraya yerləşdirilən yaşlı nənə, babalarımıza çox gözəl baxır, onlara diqqət ayırır".