Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Dilarəyə açıq-saçıq şəkilləri yaraşdırmıram"

"Dilarəyə açıq-saçıq şəkilləri yaraşdırmıram"

Müğənni Xatun Əliyeva Murad Ariflə aralarında olan qalmaqaldan danışıb.

Sən demə, sənətçilər küsülü imiş. Xatun bu haqda "ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasında deyib.

O, Murad və Dilarə Kazımovanın duetini onuncu pilləyə qoyaraq bunları bildirib:

"Dilarənin yaddaqalan mahnısı yoxdur. Ona bu açıq-saçıq şəkilləri də yaraşdırmıram. Murad və Dilarə mənim maraq dairəmdə deyil.

Murad Arif yaxşı bəstəkardır, amma müğənni deyil. Onu müğənni kimi qəbul etmirəm və etməyəcəm də. Onu mədəni biri bilirdim. Bir dəfə ona telefonumda şəkil göstərdim. Telefonumu əlimdən alıb, şəxsi şəkillərimin içinə girdi və fotonu sildi. Ona bunu yaraşdırmadım. Mənim verilişim olanda dəvət etdilər. Dedi, onun verilişinə gəlmirəm".


Milli.Az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ