Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Aparıcı Şəhriyar: "Afaqla sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram"

Aparıcı Şəhriyar: "Afaqla sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram"

Tanınmış aparıcı və son vaxtlar özünü aktyor kimi sınayan Şəhriyar Əbilov şəxsi həyatından danışıb.


Lunar.az xəbər verir ki, bu haqda Yenicag.az-a açıqlama verən 40 yaşlı subay aparıcı insanların onun barəsində cürbəcür şayiələr yaydığını deyib:

“Subay kişiyəm, hansı xanımla dostluq edirəm, o saat barəmizdə şaiyələr yaymağa başlayırlar. İnsanlar elə bilir ki, dostluq etdiyimiz xanımlarla sevgi münasibətlərimiz var. Yazırlar ki, Afaq Gəncəli ilə sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram. Boş-boş söhbətlərdir, Hər iki xanımla çox gözəl, səmimi dostluq münasibətlərimiz var. Oksana ilə çəkildiyimiz “Lal yuxu” serialında isə sevgiliyik, ölürük bir-birimizin dərdindən. Nə olsun, o filmdir, reallıq tam fərqlidir. Oksana gündə bir dənə qız şəkli göndərir ki, bax, birini bəyən evlənmək vaxtındır. Həyatımda ən çox diqqət ayırdığım bir qadın var, o da mənim anamdır”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ