"Qızım bağlı da, qısa da geyinə bilər" - Səmranın anası - VİDEO - FOTO
ARB TV-nin "Səhər - Səhər" verilişinin növbəti qonağı Səmra Rəhimlinin anası İlhahə Baxşıyeva olub.
Səmranın anası qızının geyimləri ilə bağlı təhqiramiz ifadələr səsləndirənlərə fikir bildirib:
"Səmranın "Eurovision" mahnı müsabiqəsi zamanı qırmızı xalıda geyindiyi bütün paltarlar müzakirə olundu. Hər şey yazıldı. Başa düşürəm. Amma o mühit onu, o cür geyimi tələb edirdi. İslam oyunlarında Səmranın geyimini hamı gördü. Deməli yeri gələndə, lazım olanda bağlı da geyinəcək, qısa da geyinəcək. Baxır janra, baxır hansı səhnədədir, harada oxuyur".