Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Mini geyiminə görə tənqid olunan Nigar Camal ÖZÜNDƏN ÇIXDI: “Gecə klublarına...” - FOTO

Mini geyiminə görə tənqid olunan Nigar Camal ÖZÜNDƏN ÇIXDI: “Gecə klublarına...” - FOTO

Müğənni Nigar Camalın instaqramda paylaşdığı qısa, ağ donu izləyicilər tərəfindən tənqid edilib.

Lunar.az xəbər verir ki, müğənni onu qısa geyindiyi üçün qınayanlara cavab verib:

“Ən maraqlısı odur ki, şəhərdə gənclər ürəyi istədiyi kimi geyinir: mini, midi və ya maksi. Gecə klublarına gələn qızların geyim tərzi haqqında isə susuram. Bütün adi insanlar profillər yaradıb istədikləri fotonu yükləyə bilərlər və bu normaldır. Amma istər oğlan, istərsə də xanım müğənni bir qədər açıq şəkil yükləyən kimi hamının yadına milli mentalitet düşür. “Milli mentalitetə uyğun deyil”, “Gündəmdə qalmaq üçün edir” tipli rəylər yazılır. Bütün anormal rəylərin çoxunu da qadınlar yazır. Ay insanlar, bu, bizim şəxsi səhifəmizdir, nə istəyirik onu da paylaşırıq. Xoşuna gəlmirsə, məni izləmə. Konsertlərdə və kliplərdə açıq səhnələr, geyimlər və rəqslər olur. Sənətçi üçün bu, təbiidir”.

Mini geyiminə görə tənqid olunan Nigar Camal ÖZÜNDƏN ÇIXDI: “Gecə klublarına...” - FOTO











İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ