Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Pərvinlə Tunayın məhkəməsi oldu - 100 min manatlıq təzminat

Pərvinlə Tunayın məhkəməsi oldu - 100 min manatlıq təzminat

Bu gün Səbail Rayon Məhkəməsində aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında məhkəmə çəkişməsi keçirilib.

Lunar.az qafqazinfo-a istinadən xəbər verir ki, hakim Nurəddin Bağırovun icraatında olan prosesdə hər iki tərəfin iddia tələbləri təkrar dəqiqləşdirilib.

Vəkillər linqvistik ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıblar. Vəsatətlə bağlı növbəti iclasda qərar veriləcək.

Proses martın 5-də davam etdiriləcək.


T.Əliyeva məhkəmədən tələb edir ki, Pərvin Abıyevanın işlətdiyi sözlər qanunsuz hesab edilsin, onun özü tərəfindən təkzib olunsun və üzr istəsin. Eyni zamanda, P.Abıyevadan 100 min manat tutulmaqla T.Əliyevaya ödənilməsi tələb edilir.

Qeyd edək ki, T. Əliyeva sosial şəbəkədə P. Abıyevanı dəfələrlə tənqid etmiş, onun ünvanına nalayiq ifadələr yazmışdı.Hətta onu "1000 manatlıq fahişə" adlandırmışdı.

Abıyeva isə instaqram səhifəsində Tunaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia etmişdi.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ