Aktrisa sərt gileyləndi: "Səviyyəsiz komediyalara baxmaqdansa..."
Bakı Bələdiyyə Teatrının tanınmış aktrisası Nigar Babayeva Azərbaycan film məkanında çəkilən kommersiya komediya filmlərindən usandığını və bu filmlərin səviyyəsiz olduğunu bildirib.
Lunar.az xəbər verir ki, aktrisa arzusunun dram filminə çəkilmək olduğunu, səviyyəsiz komediya filmlərinə baxmaqdan yorulduğunu qeyd edib:
"İncəsənət universitetində "Dram, Teatr ve Kino aktyoru" fakultəsini bitirmişəm.Yaxşı dram filminə çəkilmək artıq mənim arzuma çevrilib, çünki dramda özümü çox rahat hiss edirəm! Nədənsə bütün rejissorlar məni komediyada görür. Niyəsini özüm də bilmirəm. Başa düşürəm Azərbaycandı, drama tələbat yoxdu... Ümid edirəm ki, nə vaxtsa millətimiz başa düşəcək ki, ucuz, səviyyəsiz komediyalara baxmaqdansa, yaxşı bir dram izləmək qat-qat yaxşıdı. Mənim də arzum ürəyimdə qalmaz".